Accessibility links

Suriyanın qaçqın düşərgəsində İŞİD qalıqları hədəf alınıb


Suriyanın qaçqın düşərgəsində İŞİD qalıqları hədəf alınıb
please wait

No media source currently available

0:00 0:01:55 0:00

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəki İslam Dövləti yaraqlılarının xarici ailələri də daxil olmaqla, minlərlə qaçqının sığındığı düşərgədə qruplaşmasının şübhəli hücrələrinə qarşı təhlükəsizlik əməliyyatına başlayıb.

Suriya Demokratik Qüvvələri (SDF) Suriyanın şimal-şərqində yerləşən qaçqın düşərgəsində İslam Dövlətinə aid hücrələri hədəf alıb. İslam Dövlətinin xarici döyüşçülərinin minlərlə ailəsi də daxil olmaqla, təxminən 62000 insanın yaşadığı Əl-Hol düşərgəsi son həftələr yerli səlahiyyətlilərin artan İŞİD fəallığı ilə əlaqələndirdiyi zorakılıq artımının şahidi olub.

Təxminən 6000 SDF döyüşçüsü və təhlükəsizlik qüvvələri davam edən döyüşlərə rəhbərlik edir.

"Bu qüvvələr düşərgəni İŞİD qalıqlarından təmizləməklə son hədəfə çatmaq üçün əməliyyatda iştirak edir" - deyə, Daxili Təhlükəsizlik Qüvvələrinin mətbuat katibi Əli Həsən bildirib.

BMT bu lin əvvəlindən bəri 2-si uşaq olmaqla, azı 40 nəfərin öldürüldüyünü bildirib.

Yerli hərbi səlahiyyətlilər kampaniyanın ilk mərhələsində düşərgə sakinlərinin fotoşəkilləri və barmaq izləri götürülməsini əhatə etdiyini deyir.

“Düşərgədəki insanların kimliyini təmin edirik ki, kiminlə işlədiyimizi bilməli və heç kimin düşərgəyə sızmadığından əmin olmalıyıq. Bu, qarşımızda duran hədəflərdən biridir” - deyə, SDF sözçüsü Kino Qabriel bildirib.

Bu iraqlı qadın bir neçə ildir düşərgədə yaşayır. Onun dediyinə görə, düşərgədə bir çox ailə İŞİD tərəfindən hədəf alınıb.

“Bu zorakılıqdan çox qorxuruq. Hazırda uşaqlarımıza görə qorxuruq”.

ABŞ hərbi rəsmiləri qlobal koalisiya qüvvələrinin kampaniyaya dəstək verməyə hazır olduqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG