Accessibility links

Suriyaya Beynəlxalq Dəstək Qrupu: Suriyada 18 ay ərzində azad və ədalətli seçkilər keçiriləcək


ABŞ Dövlət Departamentinin mətbuat katibliyi Suriyaya Beynəlxalq Dəstək Qrupunun bəyanatını dərc edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanatın Azərbaycan dilinə tərcümə olunmuş mətnini təqdim edib. Sənəddə deyilir:

11 və 12 fevral 2016-cı il tarixdə Münhendə keçirilmiş görüşün nəticəsi olaraq Suriyaya Beynəlxalq Dəstək Qrupu (SBDQ), Ərəb Dövlətləri Liqası, Çin, Misir, Aİ, Fransa, Almaniya, İran, İraq, İtaliya, İordaniya, Livan, İslam Əməkdaşlıq Təşkilatı, Oman, Qətər, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Ştatlar mühasirədə olan ərazilərə humanitar yardımın həyata keçirilməsinə bu həftə başlanılması və SBDQ-nun xüsusi işçi qrupu tərəfindən bütün ölkə ərazisində hərbi əməliyyatların dayandırılması yollarının bir həftə ərzində müfəssəl araşdırılması haqqında qərar qəbul etmişdir.

SBDQ-nun üzvləri 18 dekabr, 2015-ci il tarixdə yekdillikdə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 2254 saylı Qətnaməsinin tam şəkildə dərhal həyata keçirilməsini yekdilliklə dəstəklədilər. SBDQ bu qətnamədə müəyyən edilmiş aşağıdakı öhdəliklərin bütünlüklə həyata keçirilməsini təmin etməyə hazır olduqlarını bir daha bəyan etdilər: Cenevrə Komunikesinə əsasən müəyyən edilmiş Suriya tərəfindən həyata keçirilən və Suriyaya məxsus siyasi keçidin bütünlüklə təmin olunması; silahdan qeyri-müəyyən şəkildə istifadəyə son qoyulmasına nail olmaq; bütün ölkə ərazisində atəşkəs razılaşmasının əldə olunmasını və həyata keçirilməsini dəstəkləmək və sürətləndirmək; mühasirə altında olan və çətinliklə gedilə bilən ərazilərə dərhal humanitar yardımın daxil olmasını və əsassız saxlanılan şəxslərin azad olunmasını təmin etmək və terrorçuluğa qarşı mübarizə aparmaq.

Humanitar yadımın təmin olunması

Humanitar yardımın təcili şəkildə çatdırılmasını sürətləndirmək üçün uzun-müddətli yardımın təyyarə ilə Deir Ezzor vilayətinə daşınmasına başlanacaqdır və eyni vaxtda humanitar yardım quru yolu ilə Foah, Kefraya, Dəməşqin mühasirədə olan kəndlərinə, Madaya, Moadamiye və Kafr Batna ərazilərinə daşınacaqdır və bu, yardıma ehtiyac olduğu müddətdə davam etdiriləcəkdir. Humanitar yardımın təcili ehtiyac duyulan bu ərazilərə çatdırılması, bu fəaliyyətin bütün ölkə ərazisində hərtərəfli, uzun-müddətli və maneəsiz şəkildə həyata keçirilməsi istiqamətində ilk addım olacaqdır. BMT Təhlükəsizlik Şurasının 2254 saylı Qətnaməsində qeyd edildiyi kimi tərəflərin Suriya ərazisində, xüsusilə də mühasirədə olan və çətinliklə gedilə bilən ərazilərdə humanitar yardımın ehtiyacı olan insanlara dərhal və davamlı şəkildə çatdırılmasına şərait yaratmasını təmin etmək üçün SBDQ-nun üzvləri BMT ilə razılaşdırılmış şəkildə öz təsir imkanlarından istifadə edəcəklər. Bu məqsədlə BMT tərəfindən SBDQ-nun humanitar yardım üzrə xüsusi işçi qrupuna plan təqdim ediləcəkdir və qrup 12 fevral və növbəti həftədə görüş keçirəcəkdir. Bu qrup, SBDQ-nun həmsədrləri, BMT-nin müvafiq qurumları və humanitar yardımın çatdırılmasını təmin etmək üçün tərəflərə təsir gücünə malik olan SBDQ-nun üzvlərindən təşkil olunacaqdır.

Yardımın tez bir şəkildə ötürülməsini təmin etmək üçün hər hansı problemin həll edilməsi istiqamətində müəyyən proses təmin olunacaqdır. Yardımın ötürülməsi və yaxud çatdırılması ilə bağlı yaranan bütün problemlər xüsusi işçi qrupu vasitəsilə həll ediləcəkdir.

SBDQ bir daha bəyan etmişdir ki, humanitar yardımdan digəri ilə müqayisədə hər hansı qrup xüsusi şəkildə faydalanmamalıdır, BMT TŞ-nın 2254 saylı Qətnaməsinin və beynəlxalq humanitar yardım üzrə qanunların tələblərinə əsasən hər bir tərəfdə ehtiyacı olan bütün insanlara təmin edilməlidir. SBDQ, yardımın çatdırılmasında hər hansı ləngimələrin baş verdiyi və yaxud icazənin təmin olunmasına ehtiyac olan hallarda SBDQ-nun müvafiq üzvlərinin öz təsir imkanlarından istifadə edərək əlaqədar tərəfə/tərəflərə təsir göstərməsi üçün BMT-dən xüsusi işçi qrupunun adından əvvəldə qeyd olunan planın icrası haqqında hər həftə məlumat verməsini xahiş edir. Yardımın tez bir şəkildə ötürülməsini təmin etmək üçün hər hansı problemin həll edilməsi istiqamətində müəyyən proses təmin olunacaqdır. Yardımın ötürülməsi və yaxud çatdırılması ilə bağlı yaranan bütün problemlər xüsusi işçi qrupu vasitəsilə həll ediləcəkdir.

BMT TŞ-nın 2254 saylı Qətnaməsinin 12-ci bəndinə əsasən humanitar yardımın çatdırılması istiqamətində BMT-nin tələblərindən irəli gələn məsələlərin həlli məqsədilə icazələrin verilməsində və tamamlanmasında gecikmələrin olmamağı üçün SBDQ-nun bütün üzvləri birlikdə dərhal Suriyadakı tərəflərlə əməkdaşlıq edəcəklər.

SBDQ-nun həmsədrləri və üzvləri yardım karvanından yalnız humanitar məqsədlər üçün istifadə olunmasını təmin edəcəklər. Beynəlxalq humanitar təşkilatlar, xüsusilə də BMT bu fəaliyyətdə əsas rol oynayacaqdır və onlar yardımın çatdırılmasının monitorinq olunmasında, davamlı və fasiləsiz şəkildə paylaşdırılmasında Suriya hökuməti, müxalifət və yerli əhalinin iştirakını təmin edəcəklər.

Bu qərar BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilatlar kimi müəyyən edilmiş İŞİD, Cəbhət əl-Nusra və yaxud digər qruplar istisna olmaqla hazırda bir-birinə qarşı hərbi və yaxud yarı-hərbi əməliyyatlar həyata keçirən istənilən qrupa şamil olunmalıdır.

Bütün ölkə ərazisində hərbi əməliyyatların dayandırılmasına nail olmaq SBDQ-nun üzvləri hərbi əməliyyatların bütün ölkə ərazisində dayandırılmasının dərhal təmin olunması barədə razılığa gəliblər və bu qərar BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilatlar kimi müəyyən edilmiş İŞİD, Cəbhət əl-Nusra və yaxud digər qruplar istisna olmaqla hazırda bir-birinə qarşı hərbi və yaxud yarı-hərbi əməliyyatlar həyata keçirən istənilən qrupa şamil olunmalıdır. SBDQ-nun üzvləri bütün ölkə ərazisində hərbi əməliyyatların dayandırılmasını təmin etmək məqsədilə güc tətbiq edilməsinin dərhal və əhəmiyyətli şəkildə azaldılması üçün özlərinin təsir imkanlarından istifadə edəcəklər.

SBDQ-nun üzvləri hərbi əməliyyatların dayandırılması məqsədilə münaqişə tərəflərinə tam dəstək göstərmək üçün dərhal addımların atılması barədə qərar qəbul etmişlər və bu qərarı təmin etmək üçün Rusiya və Birləşmiş Ştatların həmsədrliyi və siyasi, hərbi rəsmilərin, silahlı müxalifət qruplarına və yaxud Suriya hökumətini dəstəkləyən döyüşçü qüvvələrə təsir imkanlarına mail olan SBDQ-nun üzvlərinin iştirakı ilə BMT-nin himayəsi altında SBDQ-nun atəşkəs üzrə xüsusi işçi qrupu yaradılmışdır. Atəşkəs üzrə xüsusi işçi qrupunun katiblik funksiyası BMT tərəfindən həyata keçirəcəkdir. Hərbi əməliyyatların dayandırılması Suriyada həyata keçiriləcək müvafiq məsləhətləşmələrdən sonra, Suriya hökuməti və müxalifət tərəfindən təsdiq olunduqdan bir həftə sonra başlayacaqdır. Bu həftə ərzində SBDQ-nun xüsusi işçi qrupu hərbi əməliyyatların dayandırılmasının yollarını müəyyən edəcəklər.

Hərbi əməliyyatların dayandırılması Suriyada həyata keçiriləcək müvafiq məsləhətləşmələrdən sonra, Suriya hökuməti və müxalifət tərəfindən təsdiq olunduqdan bir həftə sonra başlayacaqdır. Bu həftə ərzində SBDQ-nun xüsusi işçi qrupu hərbi əməliyyatların dayandırılmasının yollarını müəyyən edəcəklər.

SBDQ-nun xüsusi işçi qrupu digər öhdəlikləri ilə bərabər aşağıdakıların həyata keçirilməsini davam etdirəcəkdir: a) BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilatlar kimi müəyyən edilmiş İŞİD, ANF və digər qrupların nəzarətində olan ərazilərin sxemini tərtib etmək; b) razılaşmanın dəstəklənməsi və gərginliyin tez bir şəkildə azaldılması üçün bütün tərəflər arasında effektiv ünsiyyəti təmin etmək; c) narazılıqları həll etmək və d) hərbi əməliyyatların dayandırılması fəaliyyətinə mane olan hər hansı qrupların kənarlaşdırılması və onlara verilən müdafiənin aradan qaldırılması məqsədilə müvafiq addımların müəyyən olunması üçün hər hansı tərəfin davamlı şəkildə barışmaz davranışı barədə SBDQ-nun Nazirlərinə və yaxud Nazirlərin təyin etdikləri şəxslərə məlumat vermək. Hərbi əməliyyatların dayandırılması humanitar yardımın çatdırılmasını təmin etsə də, bu, Suriyanın hər hansı bölgəsinə bu yardımın çatdırılması üçün ilkin şərt olmamalıdır.

SBDQ bütün üzvlərin hərbi əməliyyatların dayandırılmasını və humanitar yardımın çatdırılmasını dəstəkləmək üçün mümkün səyləri vicdanla həyata keçirməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının 2170, 2178, 2199, 2249, 2253 və 2254 saylı qətnamələrinə əsasən qadağan edilmiş fəaliyyətlərin dayandırılması istiqamətində addımlar atması barədə qərar qəbul etmişlər. SBDQ bir daha qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı narahatlığını ifadə etmişdir və beynəlxalq humanitar qanunlara əsasən və qaçqınları qəbul edən ölkələrin maraqları nəzərə alınmaqla qaçqınların təhlükəsiz qayıtması üçün mütləq quruculuq şərtlərinin təmin olunmasını bildirmişdir.

Siyasi keçidin təmin olunması

SBDQ-nun üzvləri bütün tərəflərin BMT-nin himayədarlığı altında və BMT Təhlükəsizlik Şurasının 2254 saylı Qətnaməsinin tələblərinə ciddi şəkildə əməl etməklə mümkün qədər tez bir zamanda danışıqlarda iştirak etməsinin son dərəcə vacib olduğunu bir daha təsdiq etmişlər. Onlar, Suriyanın gələcəyinin məhz Suriya xalqı tərəfindən müəyyən olunmasının vacib olduğunu bir daha bəyan etmişlər. SBDQ-nun üzvləri bu danışıqlarda sürətli tərəqqinin əldə olunması, o cümlədən etimad qazanan və maraqlı tərəflərin iştirakı ilə qeyri-təriqətçi idarəçiliyin təmin olunması, yeni konstitusiyanın hazırlanması, yeni konstitusiyaya əsasən 18 ay ərzində BMT-nin nəzarəti altında yüksək beynəlxalq şəffaflıq standartlarına və cavabdehliyə uyğun şəkildə, bütün suriyalıların, o cümlədən iştirak etmək hüququ olan diaspora üzvlərinin iştirakı ilə azad və ədalətli seçkilərin keçirilməsi üçün qrafikin və prosesin müəyyən edilməsini nəzərdə tutan siyasi keçid planı üzrə razılaşmanın altı ay ərzində əldə olunması istiqamətində lazımı köməkliyi göstərəcəklər.

Bu məqsədlərə tam şəkildə nail olunması, SBDQ-nun həmsədrləri və üzvləri, BMT və digərləri arasında siyasi, humanitar və hərbi sahədə sıx əməkdaşlığın həyata keçirilməsini tələb edir.

XS
SM
MD
LG