Accessibility links

Sergey Lavrov: Amerika-Rusiya danışıqları Suriyada daxili dialoqu əvəz edə bilməz


“Rusiya ABŞ-ı Suriyanın müxalifətçi hərbi qrupunun “Cəbhat-ən-Nüsra”dan ayrılması və onun yerləşdiyi ərazini tərk etməsi üçün təsir göstərməyə çağırıb. Bu barədə iyulun 12-də Bakıda mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 14-də ABŞ dövlət katibi Con Kerri ilə olacaq görüşünün gündəliyini şərh edərkən bildirib.

“Biz istəyirik ki, hərbi hərəkətlərin dayandırılması rejimi BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapan razılaşmalara tam uyğun olaraq yerinə yetirilsin, yəni rejim “İslam dövləti”, “Cəbhat ən-Nüsra” və BMT TŞ-nin qərarlarında əksini tapan digər terrorçu təşkilatlara şamil edilmir”.

Onun sözlərinə görə, bu razılaşmanın yerinə yetirilməsində problem ondadır ki, “Cəbhat ən-Hüsra” əsasən Hələb ərazisinə uyğunlaşır, öz ətrafında müxtəlif adlar altında qruplar yaradır. Bu əsasən “Ceyş əl-Fəth”dir ki, burada “ən-Nüsra” aparıcı rol oynayır.

“Biz amerikalılar ilə bu mövzuda çoxdan, yanvar ayından danışırıq. Onlar vəd etdilər ki, Vaşinqtonla əməkdaşlıq edən bütün dəstələr “Cəbhat ən-Nüsra”nın mövqelərindən çıxarılacaq. Lakin indiyədək bu olmayıb”, Lavrov qeyd edib.

O həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanı tənqid edib. Belə ki, o Suriyada daxili danışıqların növbəti raundunun təşkilindən boyun qaçırır və bu məsələ ilə bağlı ABŞ və Rusiya arasında dialoqa əsaslanır.

Lavrov hesab edir ki, Amerika-Rusiya danışıqları Suriyada daxili dialoqu əvəz edə bilməz. O həmçinin Əsədin getməsilə bağlı Suriya müxalifətinin tələbini pisləyib.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG