Accessibility links

Suriyada döyüşənlərin məhkəməsi başlayıb


Suriyada döyüş
Suriyada döyüş

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfər Azərbaycan vətəndaşı - Firdovsi Yusifov və Taleh Sultanovun işi üzrə hazırlıq iclası keçiriılib. Onlar Suriyada İŞİD-in tərkibində vuruşmaqda ittiham olunurlar.

İttihamnamə elan edildikdən sonra müttəhimlər bildiriblər ki, özlərini günahkar hesab etmirlər. Proses martın 6-da davam edəcək.

Bundan əvvəl Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Suriya və Pakistanda hərbi əməliyyatlarda iştiraka görə 26 nəfərin həbs olunduğunu bildirib. Bu siyahıda F.Yusifov və T.Sultanov da olub.

İstintaq hesab edir ki, onlar Pakistanda terrorçuların tərəfində hökumət qoşunlarına qarşı döyüşüblər. Sonra Suriyaya kediblər. Orada İŞİD-in tərkibində döyüşüblər.

2013-cü ilin avqustunda onlar İran ərazisinə qanunsuz keçərkən saxlanılıblar və 2014-cü il aprelin 24-də Azərbaycan tərəfinə təhvil veriliblər. T.Sultanovun həyat yoldaşı və qaynanası da Suriyaya gedib və indiyədək oradadırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG