Accessibility links

Suriyada üsyan başlayandan bəri 307 uşaq həlak olub


Suriyada üsyan başlayandan bəri 307 uşaq həlak olub
Suriyada üsyan başlayandan bəri 307 uşaq həlak olub

Şahidlər və fəalların sözlərinə görə Suriyanın Livanla sərhəddə yerləşən kəndlərdə atəş səsləri eşidilib. Suriyanın İnsan Haqları nəzarətçiləri Amerikanın Səsinə bildirib ki, regionda keçirilən zorakı reydlərdən sonra təhlükəsizlik qüvvələri sərhədi keçərək Livana qaçmaq istəyən kəndlilərə atəş açıb. Londonda qərargahlanan qrup bildirib ki, naməlum silahlı şəxs bu gün bir neçə şəhərdə nümayişçilərə atəş açaraq azı səkkiz nəfəri öldürüb.

Suriya hökumətinin rejim əleyhdarlarına qarşı təcavüzü haqda BMT-nin yeni iddialarına rejimin bəşəriyyətə qarşı cinayətə görə məhkəmə edilməsi daxildir. BMT-nin yüksək rütbəli insan haqları rəsmiləri bu gün Suriya hökumətinin Beynəlxalq tribunala verilməsinə çağırıb.

Navi Pillay BMT-nin Cenevrədəki İnsan Haqları Şurasında keçirilən görüşdə bildirib ki, Suriya hökumətinin qəddarlığı yüzlərlə uşağın ölümü ilə nəticələnib. O, eyni zamanda beynəlxalq ictimayyəti Suriya insanlarını müdafiə etmək üçün cəld və effektive ölçülər götürməyə çağırıb.

BMT tərəfindən təyin olunmuş təhqiqatçı səkkiz ay əvvəl nümayişlər başlayandan bəri hökumət qüvvələrinin 307 uşağı öldürdüklərini şuranın nəzərinə çatdırıb.

XS
SM
MD
LG