Accessibility links

Suriyanın şimalında iğtişaşlarda 23 adamın öldürüldüyü bildirilir (YENİLƏNİB)


Suriyanın şimalında iğtişaşlarda 23 adamın öldürüldüyü bildirilir (YENİLƏNİB)
Suriyanın şimalında iğtişaşlarda 23 adamın öldürüldüyü bildirilir (YENİLƏNİB)

BMT-nin İnsan Hüquqları Şurasının Dəməşqi insan haqlarını pozduğuna görə qınamasından bir gün sonra fəallar Suriyada bu gün hökumət əleyhinə iğtişaşlarda 23 adamın öldürüldüyünü bildirir.

Suriyanın İnsan Hüquqlarını Monitorinq qrupunun bildirdiyinə görə, hadisə təhlükəsizlik qüvvələrinin ordudan xalqın tərəfinə keçmiş hərbçilərlə toqquşduğu İdlib şəhərində baş verib.

BMT-nin İnsan Hüquqları Şurası cümə günü Suriyanı müxalifət nümayişlərinin dağıdılması zamanı insan hüquqlarını kobud və sistematik şəkildə pozduğunu qınayan qətnamə qəbul etmişdir.

Şura Suriyada insan hüquqlarının pozulması hallarınn araşdırılması məqsədilə xüsusi nümayəndənin təyin edilməsinə razılıq verib.

Bundan öncə BMT-nin fakt-araşdırıcı komissiyası hökumətin nümayişləri dağıtdığı zaman bir neçə yüz min uşağın həlak olduğunu bildirmişdi.BMT Suriyada səkkiz aydır davam edən iğtişaşlar zamanı 4 min insanın həyatını itirdiyini bildirir.

ABŞ-ın vitse-prezidenti Co Bayden Suriyada repressiyalarla bağlı atdığı addımlatra görə Türkiyə və BMT-nin şurasından razılığını ifadə edib.

XS
SM
MD
LG