Accessibility links

Suriyada iki rus pilot həlak olub


Rusiyaya məxsus Mi-25 vertolyotunu idarə edən rusiyalı pilotlar Suriyanın qədim Palmira şəhərinin yaxınlığında həlak olublar.

Vertolyotun mərkəzi Homs vilayətində olarkən partlayıcılarının bittiyi və İslam Dövləti terror qruplaşmasının döyüşçüləri tərəfindən vurulduğu bildirilir.

Yerli mediada yayılan xəbərlərə görə, Suriyaya məxsus Mi-25 helikopterini idarə edənlər rusiyalı pilotlar Riafagat Khabibulin və Yevgeny Dolgin olub.

Xəbərlərdə deyilir ki, pilotlar Suriya hökumətinin xahişi ilə İŞİD-ə qarşı əməliyyatda iştirak edirdilər.

Site monitorinq qrupu vertolyotu İŞİD-in vurduğunu təsdiq edib.

Rusiya mediasının xəbərlərində deyilir ki, vertolyot sınaq uçuşunu həyata keçirərkən Suriya hökumətindən çağırış alıb.

Onlar İŞİD-ə qarşı əməliyyat zamanı çətinə düşmüş Suriya əsgərlərinə raket zərbələri ilə kömək etməli idilər.

Xəbər verilir ki, bütün raketlərini atıb bitirən pilotlar bundan sonra İŞİD döyüşçüləri tərəfindən vurulub və Suriya hökumət qoşunlarının nəzarətində olan əraziyə düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG