Accessibility links

Suriyada iğtişaşların birinci ildönümü


Suriyada iğtişaşların birinci ildönümü hökumət qüvvələrinin zorakılıqları nəticəsində 23 adam həlak olub. Suriyanın bir sıra şəhərlərində prezident Bəşar Əl-Əsədin tərəfdarları nümayişlər keçirib.

Britaniyada yerləşən İnsan Hüquqları Müşahidəsi qrupunun bildirdiyinə görə, İdbil vilayətində öldürülən 23 nəfərin cəsədi aşkar edilib. Onların bəzilərinin bədənlərində işgəncələrə məruz qaldıqlarına dair izlər olduğu deyilir.

Dövlət mediasının məlumatda isə deyilib ki, hökumət qüvvələri silahlı terrorist qruplaşmaları ilə toqquşub və çoxsaylı terroristi qətlə yetirib.

Son 24 saat ərzində mindən artıq qaçqın Türkiyəyə keçib. Beləliklə Türkiyədə sığınacaq tapan insanların sayı 14 minə çatıb. BMT-nin təxminlərinə görə, son bir ildə Suriyada 8 min adam öldürülüb.

XS
SM
MD
LG