Accessibility links

Suriyada kütləvi həbslər başlayıb


Suriyada kütləvi həbslər başlayıb
Suriyada kütləvi həbslər başlayıb

Suriyalı fəallar təhlükəsizlik qüvvələrinin sübh çağı reydlər keçirərək çox sayda müxalifət tərəfdarlarını həbs etdiklərini xəbər verirlər. Həbslər bütün ölkə boyu vüsət almış anti-hökumət nümayişlərinin ardınca həyata keçirilib.

Təhlükəsizlik qüvvələri həbsləri müxalifət nümayişlərinin mərkəzi sayılan Dərada həyata keçiriblər. Habelə paytaxt Dəməşq və onun ətrafında da siyasi fəallar həbs olunub.

Cümə günü keçirilmiş nümayişlər zamanı azı yeddi adam təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Şahidlər hökumət qüvvələrinin nümayişçilərə qarşı gözyaş.ardıcı qazdan, dəyənəklərdən və odlu sialhlardan istifadə etdiklərini xəbər verirlər.

Human Rights Watch təşkilatı Suriyada nümayişlər baş qaldırandan bəri 61 adamın həlak olduğunu təxmin edir.

XS
SM
MD
LG