ABŞ Konqresi Suriya qaçqınlarının ölkəyə daxil olmasına icazə verən proqramın dayandırılmasını nəzərdən keçirir. Artıq burada olanlar və ya sığınacaq prosesində olanlar bundan narahatdır. Bu ailəni isə Suriya qaçqınlarının yerləşdirilməsi ətrafında gedən mübahisələrin onların sığınacaq proseslərini uzatma ehtimal narahat edir.
Məlumat bazası da, izləmə siyahısı da, nəzarət altında saxlamaq da yaxşıdır.Mən onlara nəzarət etmək istəyirəm.Donald Tramp
Tofiq Əlhallak və xanımı Zəhriç Əlsusu ABŞ-a 2012-ci iyul ayında turist vizası ilə gəlib.
Suriyada tanınmış televiziya jurnalisti olan Tofiq Facebook şəbəkəsində ölkədə hökümətə qarşı üsyan haqda yazmağa başladıqdan sonra Əsəd rejiminin nümayəndəsi onun evinə gəlib.
“O mənə dedi ki, ya sən yazmağı dayandırırsan ya da biz sənin evini yandırıb, ailəni öldürəcəyik. Mən ondan mənim kim olduğumu bilib-bilmədiyini soruşdum. O da mənə: ‘Sən Tofiq Əl Hallaksan, məşhur televiziya aparıcısı. Sən Allah olsan belə, mən səni və ailəni öldürəcəm’ dedi.”
Tofiq ailəsi ilə birlikdə ilk öncə Tunisə, daha sonra isə Misirə keçib. Orada yeni ölüm təhdidləri alandan sonra isə o, ailəsi ilə birlikdə ABŞ-a gəlib və burada siyasi sığınacaq almaq üçün müraciət edib.
Birləşmiş Ştaltar uzun illərdir bütün dünyadan qaçqınlara qapılarını açıb.
Rəsmilər Parisdə hücum törədənlərdən birinin Avropaya qaçqın adı ilə daxil olduğunu deyəndən sonra, ABŞ prezidentliyinə respublikaçı namizədlər Suriya qaçqınlarına qarşı daha sərt məhdudiyyətlərin tətbiq olunmasına çağırır.
Respublikaçı namizəd Ted Kruz:
“Mən ABŞ Senatında prezident Obama və Hillari Klintonun on minlərlə suriyalı müsəlmanı Amerikaya gətirmək planına qarşı mübarizə aparıram. Niyə? Çünki administrasiya özü də bu qaçqınları nəzərdən keçirə bilməyəcəyini etiraf edir.”
Respublikaçı namizədlər arasında öndə gedən Donald Tramp ABŞ-dakı qaçqınların izlənilməsinə çağırıb.
Əgər bizim hüquq-mühafizə orqanlarımız və kəşfiyyat icması buraya gələn insanların hər birinin təhlükəli olmadığını təsdiqləyə bilmirsə, deməli, onlar ölkəyə buraxılmamalıdır.Pol Rayan
“Məlumat bazası da, izləmə siyahısı da, nəzarət altında saxlamaq da yaxşıdır.Mən onlara nəzarət etmək istəyirəm. Bu ölkəyə Troya atında daxil olan insanları nəzarət altında saxlamaq istəyirəm. Mən onların kim olduqlarını bilmək istəyirəm.”
Prezident Obama bu fikirlə razılaşmır.
“Onlar kampaniyalarını irəlilətmək üçün insanların qorxuları ilə oynayır. Bu isə məsuliyyətsizlikdir.”
Amma Konrqresdə bəzi demokratların da səs verməsi ilə respublikaçı liderlər Suriya qaçqınlarının ölkəyə daxil olmasının qarşısını alacaq qanun lahiyəsimo qəbul edib. Nümayəndələr Palatasının respublikaçı spikeri Pol Rayan:
“Əgər bizim hüquq-mühafizə orqanlarımız və kəşfiyyat icması buraya gələn insanların hər birinin təhlükəli olmadığını təsdiqləyə bilmirsə, deməli, onlar ölkəyə buraxılmamalıdır.”
Senat gələcək həftələr ərzində bu qanun lahiyəsinə dair səsvermə keçirməlidir, prezident Obama isə onu rədd edəcəyini vəd edib.
Buna baxmayaraq, Tofiq Əlhallak yeni qanunun artıq ABŞ-da olanlara təsir göstərə biləcəyindən narahatdır, çünki onun ailəsinin statusu ilə bağlı hələ də qərar qəbul edilməyib. Ancaq onlar əmindirlər ki, bir daha Suriyaya qayıda bilməyəcəklər.