Accessibility links

Suriyalı qaçqınları anan gödəkçə sərgisi [Video]


Suriyalı qaçqınları anan gödəkçə sərgisi
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Suriyalı qaçqınları anan gödəkçə sərgisi

Türkiyənin bəzi liman şəhərlərində dükanlarda satılan təhlükəsizlik gödəkçələri 2015-ci ildə Avropaya milyonlarla insanı gətirən miqrant böhranının simvoluna çevrilib. Yunanınstanın Lesbos adasının sahillərində almaniyalı sənətçi atılmış gödəkçələri toplayıb, onları daha sonra Almaniyada hazırladığı sərgidə nümayiş etdirəcək.

Təhlükəsizlik gödəkçəsi bir işarədir, hər bir gödəkçə bir insan həyatı deməkdir. Burada uşaqların gödəkçələri var. Bunlar bu adadan keçən miqrantların sayını əks etdirir.

Hətta qışın oğlan çağında belə, Yunanıstanın Lesbos adasına gündə minə yaxın insan gəlir. Onlar nazik rezin qayıqlarda gəlir, əyinlərində isə plastik təhlükəsizlik gödəkçələri.

Təhlükəsiz bir şəkildə quruya çatdıqlarında onlar bu gödəkçələri sahildə atıb gedirlər.

“Adada təkcə gödəkçələr deyil, qayıqlardan qalan rezinlər, motorlar, suda motordan axmış benzin, yəni bu adada çox sayda problem var.”

Rəsmilər deyir ki, adada miqrantlar tərəfindən təxminən 3 min kub metrlik təhlükəsizlik gödəkçələri geridə qoyulub.

Suriyalı qaçqınlar
Suriyalı qaçqınlar

Alman sənətçilər bu gödəkçələrin 70 kub metrini toplayıb, onları Almaniyaya göndərirlər. Orada isə ictimai yerlərdə bu gödəkçələrin yer aldığı sərgilər hazırlanacaq.

“Təhlükəsizlik gödəkçəsi bir işarədir, hər bir gödəkçə bir insan həyatı deməkdir. Burada uşaqların gödəkçələri var. Bunlar bu adadan keçən miqrantların sayını əks etdirir. Onların əksəriyyəti də hazırda elə Almaniyadadır.”

Kristian Şnurer bu layihənin Almaniyadakı insanlara artan miqrant əhalisinin içindəki hər bir insanın Avropada yeni həyata başlamaq üçün həyatlarını riskə atdıqlarını xatırladacağına ümid edir.

XS
SM
MD
LG