Accessibility links

Suriyalı uşaqlar - müharibənin izləri [Video]


Suriyalı uşaqlar - müharibənin izləri
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Yeni nəsil Suriya uşaqları müharibənin gətirdiyi dəhşətlərdən travma aldır və bunun üçün təcili müdaxiləyə ehtiyac var.

Yardım agentlikləri xəbər verir ki, Suriya uşaqlarının yeni nəsli ölkədə gedən müharibə və qaçqın həyatının gətirdiyi çətinliklər səbəbi ilə əqli problemlərlə üzləşir. Xeyriyyə təşkilatları bildirir ki, travma almış uşaqların müalicəsi çox az dərəcədə maliyyələşdirilir.

Suriyalı qaçqın uşaqlar
Suriyalı qaçqın uşaqlar

Doqquz yaşlı Aden Suriyada şahidi olduğu dəhşətləri heç bir zaman unutmayacaq. Onun aldığı psixioloji travmalar Livanda sürdüyü qaçqın həyatının səfaləti ilə daha da artır.

“Başqa uşaqlar mənimlə pis danışır, pis sözlərdən istifadə edirlər. Onlar mənə işarə edib məni Suriya iti çağırırlar və bizim onların ölkələrini partlatdığımızı deyrilər. Onlar bizi bombalara səbəb olmaqda günahlandırırlar.”

Save The Children yardım agentliyi faciəvi dərəcədə çox suriyalı uşağın müharibə və qaçqın həyatının gətirdiyi əqli problemlərin olduğunu və müalicə olunmadıqlarını bildirir. Bu təşkilatda işləyən Karolin Anninq Skayp vasitəsilə Livanda Amerikanın Səsinə danışıb.

Uşaqları müalicəsiz buraxmaq yetkinlik dövründə onlara çox mənfi təsir göstərir. Məsələn onlar daha sonra çox aqressiv olur. Bundan əlavə dərin emosional təsir də olur ki, buna depressiya, narahatlıq problemi hətta fobiya daxildir.

“Homsda hava hücumları zamanı evindəki partlayış nəticəsində bir gözünü itirmiş altı yaşlı qızla danışdım. O, kiçik qardaşının gözləri önündə parçalara bölündüyünü görüb. Uşaqlar möhkəm olur, amma bu cür hadisələri geridə buraxmaq olduqca çətindir, xüsusilə də psixoloji dəstək və ekspert yardımı olmadan.”

Save the Children kimi bəzi təşkilatlar uşaqları ekspert yardımı ilə təmin edir. Bu təşkilat Livanın Tripoli şəhərində “uşaqlar üçün məkan” adlı bir müəssisəni idarə edir. Amma buna baxmyaraq yardım işçiləri daha çox resurs və maliyyəyə ehtiyac olduğunu deyir.

“Uşaqları müalicəsiz buraxmaq yetkinlik dövründə onlara çox mənfi təsir göstərir. Məsələn onlar daha sonra çox aqressiv olur. Bundan əlavə dərin emosional təsir də olur ki, buna depressiya, narahatlıq problemi hətta fobiya daxildir. Bunların müalisəci isə daha sonra çox çətin olur.”

Suriyalı qaçqın uşaqlar
Suriyalı qaçqın uşaqlar

Statistik mlumatlar isə təəccüb doğurur. İraqın Kürdüstan regionundakı qaçqın düşərgəsində hər 10 uşaqdan biri bir valideynini itirib. 200 minə yaxın suriyalı qaçqın uşaq heç bir təhsil almadan böyüyür. Erkən yaşda evləndirilən qızların sayı isə artır.

“İki milyona yaxın suriyalı qaçqın uşaq var. Hazırda uşaqların müdafiəsi üçün gələn maliyyə sadəcə ehtiyacların 26 faizini ödəyir.”

Anninq yeni nəsil Suriya uşaqlarının müharibənin gətirdiyi dəhşətlərdən travma aldığını və bunun üçün təcili müdaxiləyə ehtiyacın olduğunu deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG