Accessibility links

Suriyanın ikinci böyük şəhəri Allepoda bomba hücumu həyata keçirilib


Suriyanın paytaxtı Dəməşdə 27 adamın ölümü, 100-dən artıq insanın yaralanması ilə nəticələnən hücumlardan bir gün sonra ölkənin ikinci böyük şəhəri Allepoda bomba hücumu həyata keçirilib.

Dövlət mediası iki bina arasında bomba partlayışı baş verdiyini bildirib. Hücum terror aktı kimi qiymətləndirilib.

Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidəsi qrupunun bildirdiyinə görə, hücum nəticəsində 3 adam həlak olub, 25 nəfər yaralanıb.

Suriya mətbuatının verdiyi məlumata görə, dünənki partlayışlar təxminən 140 nəfərin xəsarət alması ilə nəticələnib.

XS
SM
MD
LG