Accessibility links

Bayıl yamacında sürüşmə olub, bir neçə ev dağılıb


Sürüşmə
Sürüşmə

Fevralın 10-da Bakıda Bayıl yamacında sürüşmə nəticəsində bir neçə evə dağılıb, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov isə APA agentliyinə deyib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir.

Səbael rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

Onun sözlərinə görə, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev isə deyib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

“Çünki 15 gün əvvəl bütün evlər boşladılıb. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və sürüşmə aktivləşən gündən ərazidən sakinlər köçürülüb, qaz, işıq, su verilməsi dayandırılıb”.

A.Əliyev deyib ki, yağış yağan günlərdə həmin ərazidə mütəxəssislər tərəfindən tədqiqatlar aparılırıb.

“Yağışlar yağdığından ərazidə təhlükə artıb, sürüşmə aktivləşib".

Xatırladaq ki, ərazidən 90-dan çox ailə köçürülüb. Sürüşmə zonasında bəzi çatların dərinliyi 5-6 metrə çatır.

XS
SM
MD
LG