Accessibility links

Bayıl yamacında sürüşmə davam edir [Video]


Mütəxəssisin sözlərinə görə çatlar daha da dərinləşib

Bakıda Bayıl yamacında sürüşmə prosesi hələ yekunlaşmayıb, gərginlik davam edir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, insanların sürüşmə zonasında olması təhlükəlidir.

Bəzi yerlərdə çatlar o qədər dərindir ki, oraya düşənləri xilas etmək çox çətin olar, deyə Qaralov prosesin nə vaxt dayanacağını proqnozlaşdırmağa çətinlik çəkib.

Xatırladaq ki, fevralın 10-da sürüşmə nəticəsində ərazidəki bir neçə ev dağılıb, işıq dirəkləri açıb. İndiyə qədər 400-ə yaxın insan sürüşmə zonasından təxliyə edilib.

XS
SM
MD
LG