Accessibility links

Suriyada raket hücumundan sonra ABŞ cavab zərbələri endirib 


Bir hərbi sözçünün verdiyi məlumata görə, Suriyadakı ABŞ əsgərləri bazar ertəsi ABŞ qüvvələrinə edilən raket hücumlarına cavab veriblər.

“Suriyadakı ABŞ qüvvələri çoxsaylı raket hücumuna məruz qaldıqda, özünümüdafiəyə keçdi və raket atma mövqelərində əks-batareyalı artilleriya atəşi açdı” - deyə, İslam Dövlətinə qarşı beynəlxalq hərbi müdaxilənin sözçüsü ABŞ polkovniki Veyn Marotto Twitter hesabında yazıb.

Raketlər Deyr əz-Zurdakı Yaşıl Kənd kimi tanınan hərbi bazanı hədəf alması barədə məlumatı bir çox mənbə Amerikanın Səsinə təsdiqləyib. Marotto Amerikanın Səsinə bildirib ki, ABŞ raketlərə 155 mm-lik artilleriya atışları ilə cavab verib.

Marotto Twitter hesabında yazıb ki, raket hücumu nəticəsində xəsarət alan olmayıb, dəyilən ziyan isə hələ qiymətləndirilir.

"Dünən axşam İraqdakı ABŞ personalına qarşı hücumlardan məsul olan İranın dəstəklədiyi militant qrupların istifadə etdiyi yerləri hədəf alan hava hücumlarına rəhbərlik etdim" - deyə, ABŞ Prezidenti Co Bayden bazar ertəsi Oval Ofisdə açıqlayıb.

Pentaqonun mətbuat katibi Con Kirbinin verdiyi məlumata görə, ABŞ bir gecədə Xətaib Hizbullah və Xətaib Səyyid əl-Şuhada militantları tərəfindən istifadə edilən silah anbarlarına və əməliyyat yerlərinə zərbə endirib. Hədəflərdən ikisi Suriya, biri isə İraq ərazisində olub.

"Əsgərlərimizə qarşı hücumların dayandırılması lazımdır və bu səbəbdən prezident dünən gecə şəxsi heyətimizin özünümüdafiə məqsədilə əməliyyata əmr verdi" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada bildirib.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri, General Frenk Makkenzi iyunun 15-də Qahirədə Amerikanın Səsinə verdiyi müsahibəsində bildirib ki, İraqdakı ABŞ qoşunları "bir aydan az bir müddətdə" üç dəfə "pilotsuz təyyarələrin" hücumlarına məruz qalıb.

“İraqda bir çox pilotsuz təyyarə var. Bəziləri yerlidir. Bəziləri İrandan gəlib. Buna əminik ” - deyə, Makkenzi qeyd edib

XS
SM
MD
LG