Accessibility links

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi Avropa vətəndaşlarının telefon danışıqlarının izlənildiyini inkar edir


ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin başçısı milyonlarla Avropa vətəndaşının telefon danışıqlarının izilənildiyinə dair xəbərlərin tamamilə yanlış olduğunu bildirib.

ABŞ ordu generalı Kith Aleksander Konqresin heyətinə Avropa qəzetlərinin keçmiş kontraktor Edvard Snoudenin Milli Təhlükəsizlik Agentliyindən oğurladığı sənədləri təhrif etdiyini deyib.

General Aleksander Avropa kəşfiyyat agentliyinin bu yazıları Milli Təhlükəsizlik Agentliyi ilə bölüşdüyünü deyib.

Milli Təhlükəsizlik Agentliyinin ABŞ-da 35 ölkə liderinin danışıqlarını dinləməsi Birləşmiş Ştatlarda və xaricdə siyasətçilər və vətəndaş hüquqları müdafiəçilərinin narazılıqlarına səbəb olub.

Avropa İttifaqının qanunvericilərindən ibarət heyət casusluq iddialarını müzakirə etmək üçün Vaşınqtonda ABŞ rəsmiləri ilə görüşür.

Almaniya kansleri Angela Merkel ötən həftə prezident Barak Obamaya zəng edərkən dinləmələrə dair etirazını bildirərək deyib ki, müttəfiq dostlar biri-birini izləməməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG