Accessibility links

İsti suyun qiyməti bahalaşdı


Noyabrın 28-də Tarif Şurası elektrik və qazın qiymətini qaldıranda “Azəristiliktəchizat”a verilən suyun qiymətini də bahalaşdırıb.

Tarif Şurasının noyabrın 28-də keçirdiyi qərarına görə, “Azəristiliktəchizat” “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarına dəyişiklik edib.

Dəyişikliklərə əsasən, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib.

Daha öncə bu qiymətlər 35 və 30 qəpik idi, yəni qiymət 1 kubmetr su təchizatına görə 15 qəpik artırılıb.

XS
SM
MD
LG