Accessibility links

Teylor Svift yaxın günlərdə məhkəmə qarşısına çıxa bilər [Video]


Teylor Svift yaxın günlərdə məhkəmə qarşısına çıxa bilər
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Teylor Svift yaxın günlərdə Denverin Federal Məhkəməsinə çağırıla bilər. Belə ki, pop-ulduzun və Kolorado radio-stansiyasının şəxsi vəkilləri 4 il əvvəl foto-sessiya zamanı sabiq disk-jakeyin ona əl ətmasına dair iddialarla bağlı məhkəmə prosesi üçün münsiflər məhkəməsinin üzvlərini seçməyə başlayıb.

27 yaşlı Teylor Sviftin Birləşmiş Ştatların Dairə Məhkəməsində “Kolorado KYGO-FM” musiqi radio-stansiyasının aparıcısı David Müllerin adı hallanan insidentlə bağlı ifadə verəcəyi gözlənir.

Məhkəmə prosesi Teylor Sviftın 2013-cü il iyun ayının 13-də Denverdə verdiyi konsertdən əvvəl keçirilən foto-sessiya zamanı Müllerin ona qəsdən əl atdığına dair iddia ilə bağlıdır.

“Bu, təsadüfən edilməyib, mən bu hərəkətin qəsdən edildiyinə əminəm” deyə, Svift məhkəmədən əvvəlki dinləmədə bildirib.

İlk şikayəti 55 yaşlı Müller özü verib. O, şikayətində müğənninin ona şər atdığını və radio-stansiyanın rəhbərliyinə onu ildə 150 min maaşı olan işindən azad etmək üçün təzyiq göstərdiyini iddia edib.

Teylor Svift də öz növbəsində bu iddiaya qarşı məkəmə işi açıb və bu eyni prosesin bir hissəsidir.

David Müller isə səhnə arxasında pop-ulduz və onun rəfiqəsi ilə yanaşı dayanarkən hansısa qeyri-adi hərəkət etmədiyini deyir. O, məhkəmənin irəli sürdüyü “Müller xanım Sviftin cangüdənləri və fotoqrafının qarşısında onun ətəyini qaldıraraq, bədəninə toxunub” iddiasını "cəfəngiyyat" adlandırıb.

Müller şikayətndə müqavilə öhdəliklərinə və potensial işgüzar əlaqələrə müdaxilə etmə iddiaları irəli sürür. Bu isə o deməkdir ki, məhkəmə heyəti Svifti günahkar bilərsə, onun hansı məbləğdə pul ödəyəcəyi təyin ediləcək.

Məhkəmə sənədlərində o da qeyd edilir ki, insidentdən sonra radio-stansiya özü təhqiqat aparıb və iki gün sonra əxlaq normalarını pozduğuna görə Mülleri işdən azad edib.

Hakim hər iki tərəfin məhkəmə işi ilə bağlı ictimaiyyətə hər hansı açıqlama verməməsi haqda qərar qəbul edib. Vəkilllər məhkəmə işi bağlı sorğulara cavab verməyib.

Forbes jurnalının yazdığına görə, dünyanın ən gəlirli pop-ulduzu Teylor Sviftin 2015-ci ilin iyun ayından 2016-cı ilin iyun ayınadək dünya turları və ən çox satılan “1989” albomundan əldə etdiyi gəlir 170 milyon dollar təşkil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG