23 gün əvvəl Nyu-York ştatında həbsxanadan qacan məhbusun vəziyyəti ağırdır.
Axtarışına 1300 ağır silahlanmış polis işçisinin cəlb edildiyi Devid Svet polis tərəfindən vurulduqdan sonra həbs edilib.
Onunla birlikdə həbsxanadan qaçan digər bir məhbus Riçard Matt polisin atəşi nəticəsində öldürülüb.
Nyu-York qubernatoru Adryu Kuamo müxbirlərə kabusun sona çatdığını bildirib.
Kanada ilə sərhədi keçməyə cəhd etdiyi düşünülən Svet polis işçisinin dayanma əmrinə məhəl qoymadan qaçmağa çalışarkən güllələnib.
49 yaşlı Matt 1997-ci ildə sabiq müdirini oğurlayaraq, tikə-tikə doğradığına görə, ömürlük həbs cəzasının 25 ilini azadlıqdan məhrum edilib.
35 yaşlı Svit isə 2002-ci ildə polis idarəsinin rəis müavinini qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilib.
Məhbuslar həbsdən hamburger qutularında qaçmağa nail olub. Onların qaçmasına yardım edən iki həbsxana işçisi nəzarət altına alınıb. Cin Palmer və Coys Mitçell məhbusların qaçmasına yardım üçün həbsxanaya müxtəlif alətlər keçirməkdə ittiham edilir.