Accessibility links

İsveç məhkəməsi keçmiş İran rəsmisinin ömürlük həbs cəzasını qüvvədə saxlayıb


Dekabrın 19-da İsveçin Apellyasiya Məhkəməsi İranda 1988-ci ildə siyasi məhbusların edamında iştirakına görə keçən il mühakimə olunan İranın Qohərdəşt həbsxanasının keçmiş prokuror köməkçisi Həmid Nurinin ömürlük həbs cəzasını qüvvədə saxlayıb.

Edamlarla bağlı əmrlər İslam Respublikasının qurucusu və o zaman lideri Ayətulla Ruhulla Xomeyni tərəfindən verilmişdi.

İsveçdə doqquz ay davam edən məhkəmə prosesi 60-dan çox iddiaçı, şahid, İslam üzrə hüquqşünaslığı və beynəlxalq hüquq üzrə ekspertlərin geniş ifadələrini əhatə edib.

452 mülki və siyasi fəal verdikkləri bəyanatda bu qərarın İranda ədalət hərəkatının böyük qələbəsi olduğu vurğulayıblar.

Fəallar Nurinin məhkum edilməsinin İranda insan haqları pozuntularına yol verən hər bir günahkarın həm ölkə daxilində, həm də xaricdə məsuliyyətə cəlb edilməsi istiqamətində atılmış bir addım olduğuna ümid etdiklərini bildiriblər.

Xomeyninin əmri və ya fətvası əvvəlcə illər boyu ABŞ və Britaniya tərəfindən terror təşkilatı kimi tanınan solçu "Mücahidin-i Xalq" təşkilatının üzvlərini hədəf alıb. Lakin daha sonra buraya teokratik rejimin bütün solçu əleyhdarları da daxil edilib.

"Mücahidin-i Xalq" 1970-ci illərdə İrandakı amerika personalını qətlə yetirib və 1992-ci ildə İranın 13 müxtəlif ölkədəki səfirliklərinə silsilə terror hücumları həyata keçirib. Bu qrupun ABŞ, Britaniya, Kanada, Avropa İttifaqı və digər ölkələrin terror təşkilatları siyahısına salınmasına səbəb olub.

Tehrandakı İslam rejiminə qarşı mübarizəsində ona dəstək vermək səyləri fonunda 2013-cü ildə Vaşinqton qrupu terror təşkilatları siyahısından çıxarıb.

İran hökuməti heç vaxt kütləvi edamları etiraf etməyib və öldürülən məhbusların sayı barədə heç bir məlumat verməyib.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International 4500 adamın, "Mücahidin-i Xalq" isə 30 min nəfərin edam edildiyini təxmin edir. Qurbanların çoxu gizli şəkildə dəfn edilib.

Forum

XS
SM
MD
LG