Accessibility links

Bəşar Əl-Əsəd yüz minlərlə suriyalıya humanitar yardım çatdırılmasına mane olmaqda ittiham edilir


BMT-nin Cenevrədə Suriya ilə bağlı sülh danışıqları ərəfəsində Bəşar Əl-Əsəd hökuməti yüz minlərlə suriyalıya humanitar yardım çatdırılmasına mane olmaqda ittiham edilir.

BMT-nin Humanitar Yardım İdarəsinin başçısı Təhlükəsizlik Şurasına müraciət edərək, təcili ölçülər götürülməsini istəyib. "Bu böhran artıq 6 ildən çoxdur davam edir və şura üzvləri fikir ayrılıqlarını bir kənara qoyaraq, bir araya gəlib çarəsiz milyonlarla suriyalıya yardım yollarını tapmalıdır" deyə, Stefan Obrayan bildirib.

Bu ayın əvvəlində üsyançıların nəzarətindəki Madaya bölgəsinə yardım çatdırılmışdı. Lakin bütövlükdə Suriyada vəziyyət acınacaqlı olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG