Accessibility links

Suriya qüvvələri Hələbin yarısına nəzarət edir [Video]


Rusiya isə üsyançılardan geri alınmış ərazilərə humanitar yardım göndərib.

Ötən həftə sonu Suriyada hökumət qüvvələri Hələb şəhərinə nəzarəti tam ələ keçirmək səyləri çərçivəsində həyata keçirdiyi hava hücumları nəticəsində uşaqlar da daxil olmaqla 20-dən çox insan həlak olub. Rusiyanın dəstəyi ilə Suriya ordusu şəhərin üsyançıların nəzarətində olan ərazisinin yarısından çoxunu ələ keçirərək sakinləri evlərinə geri dönməyə çağırıb. Rusiya üsyançılardan geri alınmış ərazilərə humanitar yardım göndərib.

Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı video görüntülərdə yük maşını korteji nümayiş etdirilib. Nazirlik bildirir ki, bu yük maşınları üsyançılarla hökumət qüvvələri arasında müharibənin davam etdiyi Hələbin şərq bölgəsinə humanitar yardım aparır.

Rusiya dəfələrlə bəyan etdiyi kimi dinc mülki əhalini qoruyur və onlara hər cür yardım göstərir. Rusiya üçün insanların acından ölməməsi və onların Suriya hökumətinə və Rusiyaya ehtiyacı olduqlarını hiss etməsi zəruridir.
Rusiya zabiti

"Rusiya dəfələrlə bəyan etdiyi kimi dinc mülki əhalini qoruyur və onlara hər cür yardım göstərir. Rusiya üçün insanların acından ölməməsi və onların Suriya hökumətinə və Rusiyaya ehtiyacı olduqlarını hiss etməsi zəruridir" - deyə Rusiya zabiti Nikolay Ponomartov bildirib.

Hökumət Hələbin üsyançılardan geri alınan hissələrində birbaşa tranzit yolları bərpa edib. Yolların bərbad olması səfəri xeyli çətinləşdirsə də, avtobuslar tam doludur.

Hələb Nəqliyyat İdarəsinin direktoru Hüseyn Süleyman: "Səhər saat 7-dən indiyədək buradan 10 avtobus çıxıb. Hər avtobusda 100 sərnişin olub. Bu da o deməkdir ki, artıq Hələbin qərbindən şərqinə indiyədək 1000 sərnişin gedib. İşimiz davam edir. Hazırda yollar təhlükəsizdir, ancaq dövlət yolları düzəltməyə çalışsa, daha təhlükəsiz olar".

Hökumət Hələbi tərk edən sakinləri evlərinə qayıtmağa çağıraraq söz verib ki, qarşıdakı günlərdə şəhərə nəzarət tam hökumət qüvvələrində olacaq. Son bir neçə gündə yüzlərlə sakin illərdi görmədikləri evlərinə qayıdıb.

"Sevincimi sözlə ifadə edə bilmirəm. Evimiz dağılsa da, qələbə qazanıb, geri döndük" - Hanano sakini Fadiyə Harro bildirir.

Sevincimi sözlə ifadə edə bilmirəm. Evimiz dağılsa da, qələbə qazanıb, geri döndük.
Hanano sakini

Suriya üsyançılarının liderləri ötən həftə bildirib ki, onlar hökumət qüvvələrinə təslim olmayacaqlar. Şəhərdə ölən mülki vətəndaşların sayı artmaqdadır. Müşahidəçilər Rusiyanın dəstəklədiyi hökumət qüvvələrinin Hələbin cənub-şərqində həyata keçirdiyi hava hücumları nəticəsində uşaqlar da daxil olmaqla, bazar günü azı 21 nəfərin öldüyünü bildirib. Hələbdən 100 kilometr cənub-şərqdəki İdlib regionun Kafr Nabl qəsəbəsində hücumdan sonra dağıntılar altından insanların cəsədləri çıxarıldıqca, bölgədə ölənlərin sayının artacağı gözlənilir.

XS
SM
MD
LG