Accessibility links

Suriyada döyüşlər şiddətlənir


Hökumətə məxsus hərbi təyyarələr üsyançıların nəzarətindəki şəhərə hücumlar həyata keçirib

Suriya fəallarının bildirdiyinə görə, hökumətə məxsus hərbi təyyarələr keçən həftə üsyançıların nəzarətinə keçən şəhərə hücumlar həyata keçirdiyi bir vaxt, paytaxt ətrafında hökumət qüvvələri ilə müxalifət döyüşçüləri arasında qarşıdurma olub.

Suriyanın İnsan Haqları Müşahidə Qrupu və Yerli Koardinasiya Komitələri hücumların bu gün Maaret Əl-Numan ərazisinə edildiyini bildiriblər. Ölkənin şimalında, İdlib vilayətindəki bu strateji şəhər Dəməşqlə Hələb şəhərləri arasındakı əsas yolda yerləşir. Bu arada, Dəməşq ətrafında bu gün şiddətli döyüşlərin getdiyi bildirilir.

Beynəlxalq ictimaiyyətin Suriyada vəziyyətin getdikcə ağırlaşdığı barədə xəbərdarlığına baxmayaraq, ölkədə döyüşlər daha da vüsət alır.
XS
SM
MD
LG