Accessibility links

Caiş Əl-Fətah döyüşçüləri Hələb yaxınlığındakı kəndi geri alıb


Suriya İnsan Haqlarının Müşahidəsi Təşkilatının bu gün verdiyi məlumatda deyilir ki, Hələb yaxınlığındakı kənddə hökumət qüvvələri ilə islamçı yaraqlılar arasında gedən döyüşlər zamanı 73 nəfər ölüb.

Suriya qüvvələri ilə bir gün davam edən döyüşlərdən sonra cihadçılar bu gün səhər tezdən Xan Tuman kəndini və kəndin ətrafındakı əraziləri geri almağa nail olub.

Hələbdən təxminən 15 km-lik məsafədə yerləşən kəndin Hələbi Dəməşq və ölkənin qərb sərhədindəki böyük şəhərlərlə birləşdirən əsas şosse yoluna yaxın olması yaraqlılar üçün strateji əhəmiyyət kəsb edir.

Hücumun Caiş Əl-Fətah kimi tanınan islamçı qrup tərəfindən həyata keçirildiyi deyilir.

XS
SM
MD
LG