Accessibility links

Suriyanın üsyançı dəstələri genişmiqyaslı hücumlara keçib


Suriyanın üsyançı dəstələrinin bildirdiyinə görə, Hələbin şərqindəki məhəllələrdə hökumət qüvvələrinin mövqelərini dağıtmaq məqsədilə genişmiqyaslı hücumlara keçib.

Suriya İnsan Haqları Müşahidə Qrupu üsyançıların bu gün şəhərin qərbində həyata keçirdiyi raket hücumları zamanı 15 mülki vətəndaşın öldüyünü, 100 nəfərin isə yaralandığını bildirib.

Qəsdən törədilibsə, bu, müharibə cinayəti hesab ediləcək

BMT-nin baş katibi Pan Gi Mun cümə axşamı Suriyadakı məktəbə qarşı çoxu uşaq olmaqla, 30 nəfərin ölümü ilə nəticələnən hava hücumu ilə bağlı təhqiqata çağırıb.

"Qəsdən törədilibsə, bu, müharibə cinayəti hesab ediləcək" deyə, Pan Gi Mun bildirib.

Britaniyanın sabiq baş naziri Qordon Braun insidentin müharibə cinayəti kimi araşdırılmasını tələb edib. O, hücumu son iki il ərzində Suriyanın 98 məktəbinə qarşı hücumlardan ən ağırı adlandırıb.

Ağ Evin sözçüsü Con Ernest hücumun Əsəd rejimi və ya Rusiya tərəfindən həyata keçirildiyinin bəlli olmadığını bildirib. Lakin Rusiyanın Müdafiə Nazirliyi Rusiyanın hadisə və hadisə yerində görünən Rusiya dronunun hücumla əlaqəsi olduğunu inkar edib.

XS
SM
MD
LG