Accessibility links

Amnesty International Suriya hökumətini insan haqlarını pozmaqda günahlandırır


Amnesty İnternational təşkilatının yayımladığı bəyanatda deyilir ki, Suriya qüvvələri keçən ilin noyabr ayında insan haqlarını pozaraq Raqqa qəsəbəsində hava hücumları zamanı mülki vətəndaşları qətlə yetirib.

Bəyanatda hava hücumu nəticəsində 115 mülki vətəndaşın öldüyü deyilir.

Təşkilat hava hücumu zamanı sağ qalan insanlarla telefon və Skype vasitəsilə əlaqə saxlayıb. Sakinlər hava hücumlarının hədəf alındığı yerlərdə və yaxınlıqdakı ərazilərdə hərbi obyektlərin, ya da İslam Dövləti qrupunun döyüşçülərinin olmadığını bildirib.

Amnesty İnternational hücumun birbaşa sakinlərə qarşı törədildiyini deyib.

Raqqa qəsəbəsi İslam Dövləti qrupunun istinadgahı kimi tanınır. Ancaq Amnesty İnternational bildirib ki, bu, hökumətin qəsəbəni bombalamasına heç cür bəraət qazandıra bilməz.

XS
SM
MD
LG