Accessibility links

Suriyanın şimal-qərbində artilleriya atəşi nəticəsində, 2-si uşaq olmaqla, 6 nəfər ölüb


Şənbə günü Suriya ordusunun ölkənin şimal-qərbində üsyançıların nəzarət etdiyi kəndinə artilleriya hücumu nəticəsində bir ailənin altı üzvü, o cümlədən iki uşaq öldürülüb. Bu barədə müxalifət fəalları məlumat veriblər.

Sakinlər deyib ki, hücum zamanı ailə açıq havada çay içirmi. Hücumdan sonra Alçaqdan uçan kəşfiyyat təyyarələri İdlib vilayətindəki Maarat əl-Naasan kəndi üzərində dövrə vurub.

Ağ Dəbilqəlilər kimi tanınan müxalif Suriya Mülki Müdafiə qrupu deyib ki, uşaqlar üç və yeddi yaşlarında olub. Qrup son altı ayda Rusiyanın dəstəklədiyi Suriya hökumətinin İdlibə qarşı yenilənmiş kampaniyası nəticəsində ümumilikdə 65 uşaq ölüb.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə Qrupu da tələfatları təsdiq edib. Qrup hökumət qüvvələrinin həmçinin Hələb şəhərinin qərbində yerləşən Kafr A’ama və Taqad kəndlərinin ətrafındakı əraziləri bombalayıb.

İdlib müharibənin dağıtdığı Suriyada üsyançıların ən son istehkamıdır və orada milyona yaxın insan yaşayır ki, onların çoxu didərgin düşüb. Vilayət tez-tez Suriya Prezidenti Bəşər Əsədin hökuməti tərəfindən bombalanır.

Suriyada on ildir davam edən müqanişədə yarım milyona yaxına ölüb, ölkəninin müharibədən öncəki 23 milyon əhalisinin yarısı didərgin düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG