Accessibility links

Suriyada toy məclisi zamanı intiharçı bomba hücumu törədilib


Suriyanın şimal-şərq bölgəsində toy məslici zamanı törədilən intiharşı bomba hücumu nəticəsində azı 20 nəfər həyatını itirib.

Hücum əsasən kürd qüvvələrinin nəzarətində olan, lakin bəzi yerlərdə Suriya hökumət qüvvələrinin də mövqelərinin olduğu Hasaka şəhəri yaxınlığında həyata keçirilib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmasa da, İslam Dövləti döyüşçüləri dəfələrlə kürdləri hədəf alıb.

Avqust ayında da Türkiyənin şərq bölgəsində, Suriya sərhədi yaxınlığındakı Qaziantep şəhərində toy məclisi zamanı törədilmiş intiharçı hücumu zamanı 50-dən çox insan həyatını itirişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan intiharçının 14 yaşlarında bir uşaq olduğunu demişdi.

XS
SM
MD
LG