Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı Suriyada xəstəxanaya edilən bomba hücumunu qınayıb


Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi Suriyanın sahil Cable şəhərindəki xəstəxanaya edilən bomba hücumunu qınayıb. Hücum zamanı 40 nəfərdən çox insan ölüb və xəstəxanaya ciddi xəsarət dəydiyinə görə çox sayda xəstə başqa xəstəxanalara köçürülməli olub.

Cable ilə yanaşı hökumətin Aralıq dənizi sahilində daha bir istinadgahı olan Tartus şəhərində həyata keçirilən silsilə hücumlardan biri idi. İslam Dövləti hücumların məsuliyyətini öz üzərinə götürüb.

Ümumdünya Səhiyyə Təşkilatı Cable xəstəxanasında intiharçı hücumunun beynəlxalq humanitar qanunun pozulması adlandırıb və bu il Suriyanın tibbi müəssisələrinə azı 17 hücum həyata keçirildiyini bildirib.

BMT Suriyada beş ildir gedən münaqişənın məktəblər və xəstəxanalar da daxil eduilməklə, ölkənin infrastrukturuna böyük ziyan vurduğunu deyib.

Suriya İnsan Haqlarını Müşahidə Qrupunun bildirdiyinə görə, bazar ertəsi ölkə boyu həyata keçirilən silsilə hücumlar zamanı 150-dən çox insan həyatını itirib.

XS
SM
MD
LG