Accessibility links

Avstraliya rəsmiləri İŞİD-ə qoşulmaq istəyən beş nəfəri həbs edib


Avstraliya rəsmiləri bildirib ki, Suriyada döyüşən İŞİD qruplarına qoşulmaq üçün qayıqla İndoneziya və Filippinə getməyi planlaşdıran beş şübhəli şəxs saxlanılıb.

Rəsmilər onların yeddi metr uzunluğunda qayıqla Melburndan Kairns sahil şəhərinə 3000 kilometr üzdükdən sonra Kvinstland ştatının şimalında ələ keçirildiklərini bildirib.

Avstraliyanın baş prokuroru Corc Brandis deyib ki, 21- 23 yaşlı şübhəlilər pasportları etibarsız hesab edildiyindən hava ilə səyahət edə bilmədikləri üçün qayıqla yola çıxıblar.

Avstraliyanın baş prokuroru Corc Brandis deyib ki, 21- 23 yaşlı şübhəlilər pasportları etibarsız hesab edildiyindən hava ilə səyahət edə bilmədikləri üçün qayıqla yola çıxıblar.

Onlardan birinin radikal islamçı çıxışları ilə tanınan və İŞİD qrupunun dəstəkləyicisi olan Musa Serantoni olduğu bildirilib. Musa 2014-cü ildə ekstremist qrupu dəstəklədiyinə görə Filippində həbs edilərək geri, Avstraliyaya deportasiya edilmişdir.

Paytaxt Kanberra 2014-cü ildən bəri terrorizim əleyhinə genişmiqyaslı kampaniyalar keçirib. Hüquq-mühafizə orqanları ölkə boyu bir neçə reydlər keçirərək, terror hücumlarının planlaşdırılmasında, İraq və Suriyada İŞİD militant qrupu ilə əlaqə qurmaqda şübhəli bilinən şəxsləri həbs edib.

XS
SM
MD
LG