Accessibility links

Dəməşqdə Bəəs partiyasının qərargahı yaxınlığında bomba hücumu həyata keçirilib


Suriya fəallarının bildirdiyinə görə, Dəməşqin mərkəzində hakim Bəəs partiyasının baş qərargahı yaxınlığında həyata keçirilən bomba hücumu azı 31 nəfərin ölümünə səbəb olub.

Britaniyada yerləşən Suriya İnsan haqlarının Müşahidəso qrupu ölənlərin çoxunun mülki vətəndaşlar olduğunu bildirib.

Suriya dövlət mediası əhalinin sıx yerləşdiyi Əl-Məzra məhəlləsi yaxınlığında həyata keçirilən hücumu terror hucumu kimi qiymətləndirib.

Rusiya xəbər agentlikləri isə partlayışın Rusiya səfirliyinin pəncərələrini sındırdığını bildirib.

Bu arada, Suriya müxalifəti bu gün Qahirədə prezident Bəşar Əl-Əsədlə sülh danışıqlarının yollarını müzakirə edir.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG