Accessibility links

Prezident Əsədə sadiq qüvvələr Dəməşq civarlarına nəzarəti bərpa etməyə çalışır


Suriya fəallarının bildirdiyinə görə, hökumət qüvvələri üsyançıların nəzarətində olan əraziləri ələ keçirmək üçün Dəməşq yaxınlığını bombalayıb.

Suriya İnsan Haqlarını Müşahidə qrupu bu gün bildirib ki, üsyançıların nəzarətində olan, paytaxt Dəməşqdən cənub-qərbdəki Dəraya və Muədəmia şəhərləri raket atəşlərinə məruz qalmışdır. Qrup hava hücumlarından sonra quru əməliyyatlarının başlayacağından narahatlığını ifadə edib.

Cümə axşamı BMT-nin sülh elçisi Laxdar Brahimi Birləşmiş Ştatlarla Rusiyanın Suriyada vəziyyəti normallaşdırmaq üçün unikal həll yolu tapılmalı olduğu barədə razılıq əldə etdiklərini deyib. Cənab Brahimi dünən Dublində insan haqları ilə bağlı yığıncaqdan kənarda ABŞ dövlət katibi Hillari Klinton və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birlikdə üçtərəfli danışıqlar aparıb.
XS
SM
MD
LG