Accessibility links

Lahdar Brahimi Suriya böhranının həllinə dair təkliflərini verib



BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi Suriyada 21 aydır davam edən böhranın həllinə dair təkliflərlə malik olduğunu deyib. Bazar günü Qahirədə Ərəb Liqasının rəsmiləri ilə görüşündən sonra deyib ki, bu ilin əvvəli Cenevrədə imzalanmış razılığa əsaslanan planın beynəlxalq ictimiayyət tərəfindən qəbul ediləcəyinə inanır. O, planın detalları ilə bağlı məlumat verməyib.

Brahimi bildirib ki, Suriyada vəziyyət gün-gündən pisləşdiyinə görə, bir iş görülməlidir. O, hərbi əməliyyatların Dəməşqi bürüyəcəyi halda, Suriya böhranının daha da dərinləşə biləcəyi və bunun nəticəsində qaçqın böhranının yarana biləciyi haqda xəbərdarlıq edib.

Lahdar Brahimi bu yaxınlarda Suriyada yeni seçkilər keçirilənə qərə müvəqqəti hökumətin yaradılmasına çağırmışdı.
XS
SM
MD
LG