Accessibility links

Suriyalı qardaşların əzablı yolları [Video]


Suriyalı qardaşların əzablı yolları
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Yüz minlərlə suriyalı ölkədə gedən vətəndaş müharibəsindən canlarını qurtararaq, Aralıq Dənizində qayıqla Avropaya üz tutur. Belə bir yola çıxmaq isə dəhşətli imtahandır.

Qarşıda 2.5 milyon kvadrat km-lik Aralıq Dənizi durur. Suriyadan 6 gənc - dörd qardaş və onların iki dostu vərəndaş mühasinə səhnə olan vətənlərini arxada qoyub. 15 saatdan sonra üfüqdə iki gəmi görünməyə başlayır. Bunlar İtaliya gəmiləridir. Qaçqınlar “İtaliya” deyə, qışqırmağa başlayır.

Onları Lampedusa deyilən adaya aparırlar. Bu kiçik adada qaçqınlar qeydiyyatdan keçir. Buradan qardaşlar Siciliyaya göndərirlər ki, orada onlar azad olur. Birinci gecə onlar qatarla Milana yola düşür.

Amerikanın Səsi onlarla da elə burada - dəbdəbəli Milan şəhərinin kənarındakı stansiyada soyuq mərmərlər üzərinə toplaşmış, iztirab içərisində və əsəbi qaçqınlarla ilk dəfə görüşür. Qardaşlardan böyüyü Qiyas başlarına gələnlər haqda danışır. “Əvvəlcə biz İordaniyaya qaçdıq, oradan da Əlcəzairə, Sonra isə biz qeyri-qanuni Liviyaya keçdik. Biz Liviyanı ölümlə üz-üzə 5 günə keçdik. Biz Tripoliyə, oradan da Sabtataya getdik. Çox əziyyət çəkdik, çünki qaçaqmalçı bizim hər şeyimizi oğurlamışdı. Nəhayət biz qaça bildik və qayıqla Lamprduzaya gəldik.

Bizi Suriyada öz gələcəyimizi itirdik və Almaniyada tapacağımıza ümid edirik. Almaniyada daha yaxşı yaşayacağımıza ümid edirəm.

Qiyas deyir ki, qayıqla dənizə çıxmaq müharibədən daha qorxulu idi. “Bu, ölüm səfəri idi. Sən heç nə barədə düşünə bilmirsən. Sən heç kim, hətta özün barədə belə düşünə bilmirsən. Sən ancaq bir anla yaşayırsan. Bu qəribə hissdir,”

Qiyas, Hüseyin, İla və Bəra, onların dostları Bəha və Əhəd gecə qatarı ilə Almaniyaya yolla düşür. Qardaşların ataları artıq Berlindədir. Bu, onların son dayanacağıdır. Anaları isə hələ də Suriyadadır. “Bizi Suriyada öz gələcəyimizi itirdik və Almaniyada tapacağımıza ümid edirik. Almaniyada daha yaxşı yaşayacağımıza ümid edirəm.”

Avropa qanunlarına görə, ilk gəldiyi ölkədə qaçqınlara sığınacaq verilməlidir. Bəzən polis vaqonları yoxlayaraq, qaçqınları geri, İtaliyaya göndərir. Deməli, qardaşların gələcəyi bu qatarda müəyyən olunacaq.

Onlardan iki gün xəbər olmadı. İki gün sonra Amerikanın Səsi onların Münhenə çatdıqlarını öyrəndi. Oradan isə onlar Berlinə yola düşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG