Suriyanın hökumət qüvvələri İslam Dövləti militantlarının üç ilə yaxındır mühasirədə saxladığı ölkənin şərqindəki Deyr Əl-Zor şəhərinə daxil ola bilib.
Media xəbərlərində ordunun hökumətin şəhərin qərb hissəsindəki əsas hava bazasına qədər çatdığı deyilir.
2011-ci ildə Suriyada baş verən qiyamdan sonra üsyançı qruplar və cihadçılar Deyr Əl-Zoru və eyni adlı vilayəti ələ keçirmişdi. 2014-cü ildən bəri isə İslam Dövləti döyüşçüləri bölgədə komandanlığı tam ələ aldı.
Deyr Əl-Zor ölkənin neft sənayesinin mərkəzi olduğundan buranın nəzarətinin geri alınması Suriya prezidenti Bəşar Əl-Əsəd üçün böyük mükafatdır.