Accessibility links

Üsyançıların anklavından evakuasiya davam edir


Yardım rəsmilərinin bildirdiyinə görə, bu gün Suriyanın Şərqi Quta bölgəsindən çoxu uşaq olmaqla, üsyançıların anklavında qalan daha bir qrup mülki vərəndaş evakuasiya edilib.

Mühasirə olan yüzlərlə insanın vəziyyəti ağır olduğu üçün bəzilərinin dərhal müalicəyə göndərildiyi bildirilib.

BMT Şərqi Qutada mühasirədə olan 500-ə qədər xəstənin təcili evakuasiyasına çağırıb.

2013-cü ildən bəri regiondakı 400 minə qədər insan ərzaq və tibbi yardımdan məhrum qalıb.

UNICEF 2011-ci ildə münaqişə başlayandan bəri bölgədə səhiyyə vəziyyətinin həddən artıq ağır olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG