Accessibility links

Suriyanın Homs vilayətindən üsyançıların təxliyyəsi davam edir


Prezident Bəşar Əl-Əsədə qarşı mübarizə aparan üüzlərlə üsyançı ailələri ilə birlikdə 4 ildir de-fakto patytaxtları adlandırdıqları Homs vilayətindən təxliyyə edilib.

Homs vilayətinin qubernatoru Talal Barazi müxbirlərlə görüşü zamanı üsyançılarla dolu son avtobusun Vəyir şəhərini bazar günü tərk etdiyini deyib. O, üsyançıların silahlarını da özləri ilə apardıqlarını bildirib.

“Bu gündən etibarən Əl-Vəyir boşdur. Orada nə üsyançı qalıb, nə də silah. İşçilər, fəhlələr və hökuməti təmsil edən insanlar bu gündən başlayaraq Əl-Veyirə qayıdacaq, hökumətin dəstəyi ilə gələn həftədən şəhər su, elektrik və kommunikasiya sistemi ilə təmin ediləcək” deyə, qubernator bildirib.

Bu, bölgədə həyata keçirilən ikinci təxliyyədir. Bir həftə əvvəl hökümətin təhlükəsizliklərinin qorunacağı barədə söz verməsindən sonra Rusiyanın nəzarəti ilə Türkiyə ilə sərhəddə, üsyançıların nəzarətindəki bölgədə təxliyyə aparıldı.

Eyni təxliyyə işləri Dəməşq yaxınlığındakı yaşayış məntəqəsində aparılıb və təxminən 1500 üsyançı ailəsi ilə birlikdə ölkənin üsyançıların nəzarətindəki İdlib vilayətinə köçülrülüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG