Accessibility links

Suriya ordusu Maarat Əl-Numan şəhərinə hava hücumları həyata keçirib


Suriya ordusunun bazar günü Maarat Əl-Numan şəhərindəki bazara hava hücumlarından sonra dağıntılar altında xilasetmə işlərinin aparıldığı bildirilir.

Suriya İnsan Haqlarının Müşahidəsi Qrupunun bildirdiyinə görə, ölənlərin sayı 11 nəfərə çatıb.

Suriyanın "Ağ dəbilqə" adlı məşhur xilasetmə dəstəsi bir kişi ilə bir oğlan uşağının çıxarıldığını və dağıntılar altından daha çox qurbanın olduğunu təxmin etdiyini bildirib.

Suriyanın üsyançıların nəzarətindəki İdlib vilayətinin Maarat Əl-Numan şəhəri Türkiyə ilə sərhəddə yerləşir.

İdlib vilayəti vaxtilə Əl-Qaidənin qolu olan Nusra Cəbhəsinin nəzarətində olduğuna görə prezident Rəcəp Təyyib Ərdoğan Törkiyə ordusunun bu vilayətə hücumunu ciddi əməliyyat adlandırıb.

Əməliyyatlar Qazaxıstanda danışıqlar əsnasında Türkiyə, İran və Rusiya tərəfindən razılaşdırılmış İdlibdə bir de-eskalasiya zonasının yaradılmasına yönəldilib. Militantlar belə bir zonaya qarşı çıxır.

XS
SM
MD
LG