Accessibility links

Fəallar: İslam Dövləti qrupu ilk dəfə olaraq qadınların başlarını kəsib


Suriya fəallarının bildirdiyinə görə, İslam Dövləti qrupunun yaraqlıları ilk dəfə olaraq qadınları başlarını kəsməklə edam edib.

Baş qərargahı Britaniyada yerləşən İnsan Haqlarını Müşahidə Qrupu cadugərlikdə ittiham edilən qadınların başlarının bu gün ərləri ilə birlikdə Suriyanın şərqindəki Deyr Əzzor vilayətində kəsildiyini bildirib.

Yerli mənbələrə istinadən zorakılıqlara nəzarət edən müşahidə qrupu bir il əvvəl, özünü xilafət elan edəndən bəri İslam Dövləti qrupunun 1800-ü mülki vətəndaş olmaqla, 3000-dən çox insanı edam etdiyini deyir.

İnsanlarının başlarını kəsilməsi İslam Dövləti qrupunun tətbiq etdiyi yeni edam növü deyil. Qrup bundan əvvəl də çox sayda suriyalı, jurnalistlər, Birləşmiş Ştatlar, Yaponiya və Britaniyanın yardım işçilərini də başlarını kəsməklə edam etmişdi.

XS
SM
MD
LG