Accessibility links

İslam Dövləti Kobaniyə hücumlara başlayıb


İslam Dövləti qrupu kürdlərin nəzarətində olan Suriya ilə sərhəd üç böyük şəhərdən biri olan Kobaniyə yeni hücumlar həyata keçirir.

Suriya İnsan Haqlarının Müşahidəsi Qrupunun bildirdiyinə görə, hücum bu gün səhər tezdən intiharçının Kobaninin Türkiyə sərhədi yaxınlığında özünü partlatması ilə başlayıb. Hücum zamanı onlarla insanın yaralandığı və öldüyü deyilir.

Baş qərargahı Britaniyada yerləşən insan haqları təşkilatı İslam Dövləti yaraqlılarının Kobani yaxınlığındakı Bərx-Butan şəhərində qadınlar və uşaqlar da olmaqla, azı 20 nəfəri edam etdiyini bildirib.

Kürd döyüşçüləri aylarla sürən döyüşlərdən sonra yanvar ayında Birləşmiş Ştatların başçılıq etdiyi hava hücumlarının köməyi ilə Kobanının nəzarətini ələ almışdı. Bu, İslam Dövlətinə qarşı mübarizədə simvolik qələbə kimi qiymətləndirilirdi.

XS
SM
MD
LG