Accessibility links

"Ata sevdiyi 13 yaşlı oğlunu cihadçı kimi necə müharibəyə göndərə bilər?"


Suriyadakı “Əl Qaidə” ilə əlaqəli olan ekstremistlərin həyatlarına həsr olunmuş Oskar nominasiyalı sənədli filmin Suriya-Alman əsilli rejissoru ölkəsindəki ekstremizmin artmasının səbəbini daha yaxından anlamaq üçün özünü təhlükəyə atdığını bildirib.

Talal Derkinin rejissoru olduğu “Atalar və Oğullar” filmi bazar günü Los Ancelesdə 91-ci Oskar Film Akademiyası mükafatlarında Ən Yaxşı Sənədli Film mkafatı uğrunda mübarizə aparacaq.

Talal Derki film çəkmək üçün iki il yarım Əl Qaida ekstremistləri arasında vaxt keçirib.

Derki 2014-cü ildə təhlükəli səyahətinə başlayıb. O, Suriyanın şimal-qərbinə səfər edib və sənədli film çəkmək üçün iki il yarım ərzində özünü Əl-Qaidə tərəfdarı kimi qələmə verib.

Amerikanın Səsinə müsahibəsi zamanı Derki bu səfərin olduqca təhlükəli olduğunu və istənilən an öldürülə biləcəyini söyləyib. Lakin o, vətəni olan Suriyada ekstremist ideologiyanın artması və yayılmasını başa düşmək üçün bu təhlükəni gözə aldığını deyib.

Derki 2011-ci il Suriya üsyanı zamanı kameraman kimi beynəlxalq agentliklərə xəbərlər ötürüb. Onun yeni sənədli filmi altı uşağı olan və Əl-Qaidənin qolu olan Əl-Nüsrə üçün Suriyanın şimal-qərbindəki İdlibdə mina təmizləyən və bomba təhlükəsizləşdirən Əbu Üsamə adlı cihadçının gündəlik həyatı haqdadır.

İŞİD-in Suriyada və iraqda törətdiyi zorakılıqların on minlərlə adamın ölümünə, evlərindən didərgin düşməsinə bais olub
İŞİD-in Suriyada və iraqda törətdiyi zorakılıqların on minlərlə adamın ölümünə, evlərindən didərgin düşməsinə bais olub

Əl-Nüsrə 2011-ci ilin sonlarında yaranıb və Suriya hökümət qüvvələrinə qarşı mübarizə apararaq Suriyada vətəndaş müharibəsinə səbəb olub.

Liberal müsəlman olan Derki ekstremistlərin gündəlik həyatlarını yaxından öyrənmək üçün 2014-cü ildə Əl-Nüsrə qruplaşması ilə əlaqə yaradaraq onları özünün islamçı olduğuna inandırıb. O, 2016-cı ilədək qruplaşmada olub.

“Vətənimdə nə baş verdiyini içəridən görmək üçün onları inanclarına marağımın olduğuna inandırdım,” Derki Amerikanın Səsinə deyib.

Vətənimdə nə baş verdiyini içəridən görmək üçün onları inanclarına marağımın olduğuna inandırdım.

Derkinin macəralı və təhlükəli səyahəti bir cihadçının uşaqları ilə gündəlik münasibətləri - militant qruplaşmanın üzvü olaraq əzmkar cihadçı idealogiyası ilə uşaqlarına olan sevginin balansını qorumaq cəhdi - filmdə öz əksini tapıb.

Film Üsamənin şəxsiyyətinin nüanslarını və uşaqları ilə olan bağlarını göstərib. Filmdə atanın uşaqlarına olan sevgisini və eyni zamanda onları cihadçılarla mübarizəyə qatılmalarına təşviq etdiyini göstərən anlar var.

"Filmdəki personajı tənqid etmək istəmədim. Mən oradakı həyatı uzunmüddət izləyərək onu başa düşmək istədim. Nifrət və fanatik inancın təsirindən Əbu Üsamənin şəxsiyyətindəki dərin bölgünü göstərmək istədim. Ata öz sevdiyi 13 yaşlı oğlunu müharibəyə cihadçı kimi necə göndərə bilər?” Derki söyləyib.

Üsamənın öz uşaqlarına və cihadçı qruplaşmaya münasibətini göstərməklə Derki izləyicilərin nifrətin qarşıdurma zamanı necə çiçəkləndiyini və bir sıra açıqlanmayan şiddətə səbəb olduğunun şahidi olmalarını istəyib.

Suriyadakı çoxtərəfli münaqişələr 2011-ci ilin martında başlayıb. Keçən müddət ərzində yarım milyondan çox insan öldürülüb, 12 milyona yaxın insan isə öz yerlərindən didərgin düşüb. Münaqişə ilkin olaraq Ərəb baharının bir hissəsi olaraq hökümət əleyhinə etirazlarla başlasa da, sonradan geniş xarici müdaxilə ilə müxtəlif yerli hərbi qruplaşmaların qoşulmasına səbəb olub.

XS
SM
MD
LG