Accessibility links

Suriyanın Raqqa vilayətinin qubernatoru ələ keçirilib


Suriya fəallarının bildirdiyinə görə, üsyançılar şimal Raqqa vilayətindən hökumət qüvvələrini sıxışdırılıb çıxardıqdan sonra vilayət qubernatorunu ələ keçirib.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatı prezident Bəşar Əl-Əsədə qarşı baş qaldıran etirazlardan bəri Həsən Cəlili üsyançılar tərəfindən ələ keçirilən ilk yüksək səviyyəli rəsmidir.

Sosial medianın bazar ertəsi nümayiş etdirdiyi həvəskar videolarda üsyançıların Raqqa şəhərinin böyük hissəsini ələ keçirdiyi göstərilir. Fəallar qarşıdurmaların şəhərin müxtəlif ərazilərdə davam etdiyini deyirlər.

Hal-hazırda üsyançıların Suriyanın Hələb və Homs şəhərləri də daxil edilməklə, bir neçə böyük şəhərinin çox hissəsini ələ keçirdikləri bildirilir.
XS
SM
MD
LG