Accessibility links

Suriya üsyançıları Astana danışıqlarına qoşulmağa razılıq verib


Suriya üsyançıları deyir ki, onlar ölkədə 6 ildir davam edən müharibəyə son qoymaq məqsədi daşıyan Qazaxıstan sülh danışıqlarında iştirak edəcəklər. Danışıqların gələn həftə keçirilməsi planlaşdırılıb.

Üsyançıların rəsmiləri bildirib ki, yanvarın 23-də Qazaxıstan paytaxtı Astana şəhərində təşkil ediləcək toplantı diqqəti atəşkəsə, humanitar məsələlərə və rejimin pozuntularına yönəldəcək.

Ötən həftə Suriya prezidenti Bəşar Əl-Əsəd müxalifət qrupları ilə Qazaxıstanın paytaxtı Astana şəhərində sülh danışıqlarına hazır olduğunu bildirmişdi.

SANA agentliyinin yaydığı məlumata görə, Suriya prezidenti bunu fransalı jurnalistlərə müsahibəsində deyib.

Rusiya, Türkiyə və İran Astanada sülh danışıqları aparılmasını təklif ediblər və ötən həftə danışıqlar prosesi ilə bağlı razılıq əldə olub.

Müşahidə qrupu bildirib ki, Suriya hökumət qüvvələri bazar günü Dəməşq yaxınlığında qaçqın sığınacaqlarına artilleriya hücumu həyata keçirib. Nəticədə üsyançılarla Suriya ordusu arasında döyüşlərin getdiyi ərazidən qaçan 30 mülkü vətəndaş ya ölüm, ya da yaralanıb.

Müxalifət dekabr ayında Hələbə şəhərinin şərq bölgəsinin itirilməsi ilə ciddi şəkildə geriləyib.

Müşahidə qrupu bildirib ki, Suriya hökumət qüvvələri bazar günü Dəməşq yaxınlığında qaçqın sığınacaqlarına artilleriya hücumu həyata keçirib. Nəticədə üsyançılarla Suriya ordusu arasında döyüşlərin getdiyi ərazidən qaçan 30 mülkü vətəndaş ya ölüm, ya da yaralanıb.

Suriyada İnsan Haqlarını Müşahidə qrupu Baraba vadisində baş verən hücumu qətliyam kimi qiymətləndirib.

Dəməşqin şimalında su ilə zəngin vadidə döyüşlər dekabrdan bəri vüsət alıb. Dekabrda Barada çayından paytaxta gedən su zəhərləndirildiyindən 5.5 milyon sakin su çatışmazlığından əziyyət çəkib.

Hökumət üsyançı qüvvələri suyu yanacaqla zəhərləməkdə təqsirləndirib. Müxalifət liderləri suyun zəhərlənməsinə hökumət qüvvələrinin hava hücumlarının səbəb olduğunu, hücum nəticəsində suyu təmizləyən obyektin ciddi zədələndiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG