Accessibility links

Suriya müxalifəti Roma konfransında iştirak edəcək


Dünya ölkələrinin Suriyadakı böhrana son qoyulmasına kifayət qədər diqqət yetirmədiyinə görə boykot edəcəyini deyən Suriya müxalifətinin liderləri bu həftə Romada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Suriya Milli Koalisiyasının lideri Əhməd Əl-Xatibin bazar ertəsi gecə Facebook-a yerləşdirdiyi bəyanatda deyilir ki, o, müxalifət liderləri ilə birlikdə cümə axşamı keçiriləcək Suriyanın Dostları konfransında iştirak etmək qərarına gəlib.

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Suriya müxalifətinin bu qərarını alqışlayaraq, bu yığıncağın müxalifətə ölkədəki böhran barədə onların mövqeyini bildirməyə imkan verəcəyini deyib.

Suriyanın hökumət qüvvələri ilə rəqib döyüşçülər arasında qızğın döyüşlər gedir. Hələb şəhərinin yaxınlığında döyüşlər aparıldığı Üməyyad Məsçidi UNESKO-nun Ümumdünya İrsi Obyektlərinin siyasına daxil edilib.
XS
SM
MD
LG