Accessibility links

Suriya müxalifəti Əsədin hakimiyyətdən getməsi üçün vaxt qoyulmasını istəyir


Suriya müxalifəti təklif edilmiş beynəlxalq sülh danışıqlarında Bəşar Əl-Əsədin hakimiyyətdən getməsi üçün günün müəyyən edilməsi şərtilə iştirak edəcəyini bildirib.

İstanbulda görüşən müxalifət liderləri rejimin başçısının və onun hərbi komandirlərinin vəzifədən getməsi də daxil olmaqla beynəlxalq zəmanət istədiklərini deyiblər. Lakin məğlubiyyəti ilə barışmaq istəməyən Suriya lideri 2014-cü ildə keçiriləcək prezident seçkilərinədək hakimiyyətdə qalmaq və növbəti dəfə prezident seçkilərində iştirak etmək istədiyinə təkid edir.

Suriyanın daxili işlər naziri Məhəmməd Əl-Şaar buna bənzər bəyanatla çıxış edib.

ABŞ və Rusiya Cenevrədə Suriyada münaqişənin həll yollarının tapılması üçün sülh konfransı təşkil etməyə çalışır. Lakin Moskvanın Dəməşqə raket əleyhinə müdafiə sistemi göndərməyi planlaşdırması, digər tərəfdən də Avropa İttifaqının Suriya üsyançılarını silahla təmin etmək qərarı vəziyyətin gərginləşməsinə gətirib çıxarıb.

Bu arada, BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, Cenevrə konfransının vaxtı hələ müəyyən edilməyib.
XS
SM
MD
LG