Accessibility links

Rusiya Suriya hökumətini dəstəkləməkdə davam edir


Rusiya Suriyada vətəndaş müharibəsinə son qoymaq yolunda keçiriləcək sülh konfransını dəstəkləməkdə davam edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyanın baş nazir müavini Qədri Cəmillə danışıqlar zamanı deyib ki, Suriya münaqişəsi hərbi yolla həll edilməməlidir.

Suriya üsyançı qüvvələrinin prezident Bəşar Əl-Əsəd rejiminə qarşı qalxmasından bəri ölkədə 100 mindən çox insan həlak olub.

Əsəd hökumətinin əsas müttəfiqi Rusiya hökuməti may ayında Cenevrədə müharibə fraksiyaları arasında sülh danışıqları təşkil etmək üçün Birləşmiş Ştatlarla işləyəcəyini elan edib. Konfransın keçiriləcəyi gün müəyyən edilməyib.
XS
SM
MD
LG