Accessibility links

Suriyada hava hücumları


İnsan Haqları Müşahidə Qrupu Deir-Əzzor vilayətində həyata keçirilən hava hücumları zamanı İslam Dövləti döyüşçüləri və 28 mülki vətəndaş daxil edilməklə, azı 54 nəfərin öldürüldüyünü bildirib.

Baş qərargahı Britaniyada yerləşən müşahidə qrupunun dediyinə görə, cümə axşamı gecə saatlarındakı hücumlar İraqla sərhəd yaxınlığında, İslam Dövləti qrupunun nəzarətindəki onlarla mülki vətəndaşın yaşadığı sığınacaqların yerləşdiyi ərazidə həyata keçirilib.

İslam Dövləti döyüşçülərinə qarşı keçirilən reydlərin İraq hərbi qüvvələri və ya Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən həyata keçirildiyi müəyyən edilməyib.

Suriyanın dövlət SANA xəbər agentliyi hava hücumları zamanı 30 mülki vətəndaşın öldüyünü, çox sayda insanan yaralandığını deyərək, Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrini günahlandırıb.

XS
SM
MD
LG