Accessibility links

Türkiyə sərhədinə 50 000-ə qədər suriyalı qaçqın toplaşıb [Video]


Türkiyə sərhədinə 50 000-ə qədər qaçqın toplaşıb
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Türkiyə sərhədinə toplaşan suriyalı qaçqınların içməli su, ərzaq, dərman və çadır kimi vacib şeylərə ehtiyacı var. Rusiyanın Hələbi bombardmanı və Suriya hökumətinin zorakılıqları hər gün minlərlə suriyalının qaçaraq, Türkiyənin şimal sərhədinə toplaşmasına səbəb olur. Türkiyə isə daha çox qaçqın qəbul etmək üçün digər dövlətlərdən yardım almalı olduğunu bildirib.

Rusiyanın hava hücumlarından qaçan ac və əldən düşərək Bab Əl-Səlame düşərgəsinə gələn suriyalılara burada çox az yardım edilir. “70 yaşına çatmışam, lakin belə şey görməmişdim. Havadan hücumlar, barrel bombalar hər zaman başımızın üstündədir. Əynimizdəki paltarlardan başqa bizim heç nəyimiz yoxdur. Bizim nə yeməyimiz, nə də suyumuz var. Biz xəstəyik, yorğunuq, bizim insana lazım olan heç bir şeyimiz yoxdur” deyə, suriyalı qaçqın qadın bildirir.

Bu nazik çadırlara toplaşan 50 min insanın çoxuna qida çatmır. Qaçqın Musa İbrahim İssa: “Hələb bombardman edilməyə başlayandan sonra, buraya gəlməzdən əvvəl biz bir yerdən başqa yerə qaçırdıq. Biz bomba hücumlarından qaçmışıq. Mənim iki qızım, bir oğlum var və mən onları öz xərcimlə saxlayıram. Qızımın biri kordur.”

Sərhəddə vəziyyət elə pisdir ki, təhlükəyə baxmayaraq, bəziləri geri dönür. Çoxları isə Türkiyənin sərhədi açacağına ümid edir. Türkiyə artıq 2 milyoindan çox suriyalı qaçqını qəbul edib və Ankara bu qaçqınları saxlamaq üçün yardım istəyir. Prezident Rəcəp Təyyib Ərdoğan sərhədlərini bir də açmaq üçün beynəlxalq ictimaiyyətə çox kəskin şəkildə müraciət edib.

Belə bir vəziyyət cümə axşamı başlayan Berlin Kino-festivalını da biganə qoymur. Festivalda nümayiş etdirilən Amerikanın "Hail, Caesar!" filminin qəhrəmanı, məşhur aktyor Corc Kluni yardım etmək istədiyini deyir. “Almaniya kansleri Angela Merkellə görüş zamanı mən onunla bu haqda danışacaq və necə yardım edə biləcəyimi soruşacağam.”

Birləşmiş Ştatlar, Avropa Birliyi və Rusiyanın xarici işlər nazirləri cümə axşamı Almaniyada keçirilən görüş zamanı atəşkəs və mühasirədə olan bölgələrə humanitar yardımın çatdırılması məsələlərinui müzakirə edib.

XS
SM
MD
LG