Accessibility links

Suriyada hökumət qüvvələri ilə İŞİD arasında toqquşma olub


Çərşənbə günü Suriyanın cənubunda silahlı qrupun bir neçə intiharçı hücumu həyata keçirməsi təxminən 38 nəfərin ölümünə səbəb olub.

Bir neçə intiharçı Sveida şəhərində bazar yaxınlığında və izdihamlı meydanda özlərini partladıb.

Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarını müşahidə qrupu yaxınlıqda yerləşən kəndlərdə hökumət qüvvələri ilə İŞİD döyüşçüləri arasında toqquşma barədə məlumat verib.

Suriya qüvvələri yaxın həftələrdə silahlı qüvvələrdən əsasən Sveida şəhərinin qərbində, İsrailin nəzarətində olan Qolan yüksəklikləri yaxınlığında bəzi əraziləri geri alıb.

XS
SM
MD
LG